...

Kriştianu Ronaldu "Qızıl top"un sahibi oldu

İdman Materials 12 Dekabr 2016 23:39 (UTC +04:00)
Bu gün ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"un yeni sahibi müəyyənləşib
Kriştianu Ronaldu "Qızıl top"un sahibi oldu

Bakı. Trend:

Bu gün ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"un yeni sahibi müəyyənləşib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, “France Football” nəşrinin 2016-cı il üzrə "Qızıl top" mükafatının qalibi “Real Madrid” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu olub.

Portuqaliyalı hücumçu üçün bu "Qızıl top" karyerasında 4-cü oldu.

Xatırladaq ki, Kriştianu Ronaldu 2008-ci, 2013-cü və 2014-cü illərdə “Qızıl top” mükafatının qalibi olub.

“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi və "Atletico Madrid" klubunun fransalı yarımmüdafiəçisi Antuan Qrizman da “Qızıl top” mükafatına ilk 3 namizədlər arasında idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti