...

Yığmalarımızın rəqibləri müəyyənləşdi

İdman Materials 13 Dekabr 2016 14:36 (UTC +04:00)
Yığmalarımızın rəqibləri müəyyənləşib.
Yığmalarımızın rəqibləri müəyyənləşdi

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2017/2018-cil il mövsümü üçün U-17 və U-19 yaş qrupuna aid yığma komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, püşkün nəticəsinə uyğun olaraq, hər iki yaş qrupuna aid Azərbaycan yığmasının mübarizə aparacağı qruplar müəyyənləşib:

U-17, 11-ci qrup

İrlandiya
Ukrayna
Bolqarıstan
Azərbaycan

Oyunlar 10, 13 və 16 oktyabr 2017-ci il tarixlərində Bolqarıstanda keçiriləcək.

U-19, 7-ci qrup

Serbiya
İrlandiya
Azərbaycan
Kipr

Oyunlar 4, 7 və 10 oktyabr 2017-ci il tarixlərində İrlandiyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti