...

Yubiley oyununda yubiley məğlubiyyət

İdman Materials 19 Dekabr 2016 11:52 (UTC +04:00)
“Zirə” Premyer Liqada 50-ci oyununu keçirib.
Yubiley oyununda yubiley məğlubiyyət

Bakı. Trend:

“Zirə” Premyer Liqada 50-ci oyununu keçirib. Yubiley oyununda “Sumqayıt”ın qonağı olan bakılılar 0:1 hesabı ilə məğlub olub.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, XIV turun görüşündəki yubiley məğlubiyyət sayında da əlamətdar rəqəmə çatıb. Belə ki, qəsəbə təmsilçisi 15-ci dəfə məğlubiyyət acısı yaşayıb. Hesabında 21 qələbə və 14 heç-heçə olan komanda 53 qol vurub, 46-nı buraxıb.

Bu qarşılaşma “Zirə”nin Premyer Liqadakı 25-ci səfər oyunu olub. Rəqib meydanında 10-cu dəfə uduzan komanda səfərdə 6 qələbə və 9 heç-heçəyə sevinib. Meydan sahiblərini 18 dəfə məyus edən zirəlilər 23 qol buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti