Bakı. Trend:
İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır.
İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün olan ABŞ idmançıları finala yüksəlib. 74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib.
Yığmamız digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxacaq. Finalda İran və ABŞ komandaları qarşılaşacaq.
I Round |
II Round |
Rusiya - AZƏRBAYCAN 4:4 (29-32) |
AZƏRBAYCAN - Gürcüstan 5:3 |
III Round |
Bürünc medal görüşü |
AZƏRBAYCAN - ABŞ 4:4 (14-20) |
AZƏRBAYCAN - Türkiyə |