Bakı. Trend:
Litvanın Vilnüs şəhərində 2017-2020-ci il yeni Olimpiya Qaydaları əsasında təşkil olunan qadın idman gimnastikası üzrə beynəlxalq kurslarda hakimlərimiz Rza Əliyev 3-cü, Anjella Abdullayeva və Kristina Pravdina isə 4-cü hakimlik kateqoriyasını əldə edərək, kursları müvəfəqqiyyətlə başa vurublar.
Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Xatırladaq ki, kişi idman gimnastikası üzrə hakim R.Əliyev ötən il Slovakiyanın Bratislava şəhərində keçirilmiş Qitələrarası Hakimlik Kurslarında iştirak edərək, ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını əldə edib.
Beləliklə, R.Əliyev dünyada bir Olimpiya dövrü ərzində iki hakimlik dərəcəsi qazanmış yeganə hakim olaraq qalır.