Bakı. Trend:
Azərbaycanlı batutçu cütlüyü Svetlana Makştareva və Veronika Zemlyanaya sinxron tullanma üzrə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya kubokunun finalına çıxıb.
Trend-in məlumatına görə, onlar, 84,400 xal yığaraq üçüncü nəticə ilə finala çıxıblar.
Belaruslu Tatyana Petrenya və Anna Qorçenok 90,300 xalla birinci nəticə ilə, yaponiyalı Çisato Doixata və Rana Nauçno isə 85,550 xalla ikinci nəticə ilə finala vəsiqə qazanıblar.
Digər finalçılar Polşadan, Portuqaliyadan, Rusiyadan və Fransadan olub.