...

Devid Kulthard: Bakıda builki Formula 1 yarışı daha da maraqlı olacaq

İdman Materials 15 Mart 2017 12:37 (UTC +04:00)
Dünya şöhrətli "Formula 1" pilotu Devid Kulthard Azərbaycana səfər edərək yarışın ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub.
Devid Kulthard: Bakıda builki Formula 1 yarışı daha da maraqlı olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünya şöhrətli "Formula 1" pilotu Devid Kulthard Azərbaycana səfər edərək yarışın ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub.

Trend-in məlumatına görə, D.Kulthard treklə tanışlıqdan sonra bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib ki, növbəti yarış üçün hazırlıq işlərində böyük irəliləyiş var:

"2017 Formula 1 Azərbaycan Qran Prisi öncəsi Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Tam əminəm ki, bu ilin yayında Bakıda baş tutacaq növbəti Formula 1 yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusilə, trekin dar hissələri 2017-ci ilin eyni təkərli bolidləri üçün daha da çətinlik yaradacaq. Nəticədə biz bu il daha gərgin mübarizənin şahidi olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm".

Bu gün baş tutan trek gəzintisindən başqa, D.Kulthard yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərə də qatılacaq. O, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ilə görüş keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti