...

Ronaldinyo: Neymar Messi və Ronaldo səviyyəsinə çatıb və "Qızıl top"u ala bilər

İdman Materials 17 Mart 2017 03:31 (UTC +04:00)
"Barselona"nın keçmiş yarımmüdafiəçisi əmindir ki, Neymar "Qızıl top"u ala bilər
Ronaldinyo: Neymar Messi və Ronaldo səviyyəsinə çatıb və "Qızıl top"u ala bilər

Bakı. Trend:

"Barselona"nın keçmiş yarımmüdafiəçisi əmindir ki, Neymar "Qızıl top"u ala bilər.

Trend-in məlumatına görə, Ronaldinyo deyib ki: "Biz onunlar yaxşı dostuq. Braziliyada Neymar indi əsil sənəmdir. Neymar artıq Messi və Ronaldonun səviyyəsinə çatıb. Ümid edirəm ki, o, "Qızıl top"u ala biləcək. Bu, ona öz uğurlarını artırmaqda kömək edəcək".

Ronaldinyo qeyd edib ki, Neymar artıq ən yaxşıların arasındadır.

"İndi Neymarın öz məqsədlərinə çatması və bu mükafatı alması sadəcə vaxt məsələsidir", - Ronaldino deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti