...

Məşqçi: Dünya Kuboku amerikalı gimnastlar üçün çox vacib yarışdır (FOTO)

İdman Materials 25 Aprel 2017 17:38 (UTC +04:00)
Dünyada gimnastikanın inkişafı üçün bu cür şəraiti olan mərkəzlər çox azdır.
Məşqçi: Dünya Kuboku amerikalı gimnastlar üçün çox vacib yarışdır (FOTO)

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

Dünyada gimnastikanın inkişafı üçün bu cür şəraiti olan mərkəzlər çox azdır.

Trend-in məlumatına görə, bunu bədii gimnastika üzrə ABŞ milli komandasının məşqçisi Natalya Klimçuk deyib.

Məşqçi qeyd edib ki, amerikalı gimnastların qarşısında dayanan əsas məqsəd yeni proqramları yoxlamaqdır: “Bu, yeni Olimpiya dövrüdür, qaydalar yenidir və gimnastların yeni proqramları var. Bu bizim üçün vacib yarışdır. Biz burada yeni proqramları yüksək səviyyədə yoxlamaq istəyirik”.

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, Zöhrə Ağamirova, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti