...

FİG-in texniki komitəsi: Son illər dünyada gimnastika sahəsində Azərbaycanın rolu xüsusilə artıb

İdman Materials 4 May 2017 21:07 (UTC +04:00)
Son illər dünyada gimnastika sahəsində Azərbaycanın rolu xüsusilə artıb.
FİG-in texniki komitəsi: Son illər dünyada gimnastika sahəsində Azərbaycanın rolu xüsusilə artıb

Bakı. Trend:

Son illər dünyada gimnastika sahəsində Azərbaycanın rolu xüsusilə artıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) texniki komitəsinin üzvü Yani Tanskanen deyib.

O, qeyd edib ki, Azərbaycan gimnastika üzrə çoxlu mərasimlər, yarışlar keçirib və bu, bütün dünyada qiymətləndirilir: "Əlbəttə ki, Azərbaycan Gimnastika Federasiyası kifayət qədər gəncdir. Amma sizin 10 il ərzində əldə etdikləriniz inanılmazdır. Xüsusilə sizə çoxlu mərasimlərin təşkilinə görə təşəkkür edirəm. Gimnastika cəmiyyəti bunun üçün sizə çox minnətdardır".

Onun sözlərinə görə, bu il Avropa Gimnastika İttifaqının hazırki prezidenti istefa verir və onun yerinə yeni seçkilər keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbovun bu posta namizədliyini şərh edən Tanskanen qeyd edib ki, bu vəzifəyə istənilən namizəddən gözlənilən ən yaxşı şey Azərbaycanda son illərdə gimnastika sahəsində qeydə alınan təcrübə və inkişafın qitə səviyyəsinə keçirilməsidir: "Namizəd hesab edirəm ki, onun təcrübəsi və işinə görə seçiləcək".

Y.Tanskanen məlumat verib ki, Beynəlxalq Gimnastika İttifaqının Bakıda keçirilən iclasında gimnastikanın dünyada inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək. Onun sözlərinə görə, hazırda maraqlı vaxtdır, yeni olimpiya dövrü başlayıb və yeni qaydalar irəli sürülüb.

Y.Tanskanenin sözlərinə görə, yeni qaydalar haqqında ilk təcrübə və rəy göstərir ki, onlar kifayət qədər uğurla fəaliyyət göstəriblər.

Xəbər lenti

Xəbər lenti