Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışı davam edir.
Trend-in məlumatına görə, B qrupunda İranın kişi voleybolçuları Səudiyyə Ərəbistanından olan rəqibləri ilə qarşılaşıblar.
Oyun İran yığmasının qələbəsi ilə başa çatıb - 3:0 (25:18, 25:23, 25:18)
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.