...

Bakı-2017: İdman gimnastikası yığmamız ikinci yerdə gedir

İdman Materials 13 May 2017 13:18 (UTC +04:00)
Azərbaycanın Murad Ağarzayev, Bense Talas və Timur Bayramovdan ibarət idman gimnastikası yığması birinci günün yekunu üzrə komanda hesabında ikinci yerdə gedir.
Bakı-2017: İdman gimnastikası yığmamız ikinci yerdə gedir

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın Murad Ağarzayev, Bense Talas və Timur Bayramovdan ibarət idman gimnastikası yığması birinci günün yekunu üzrə komanda hesabında ikinci yerdə gedir.

Trend-in məlumatına görə, iki hərəkətlərin yekunu üzrə komandamız 80.850 bal toplayıb. Birinci yerdə Türkiyə (82.500 bal), üçüncü yerdə isə İran yığması (75.800) gedir.

Komanda yarışlarında medal dəsti sabah 6 hərəkətin yekunundan sonra sahiblərini tapacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti