...

Bakı-2017: Azərbaycanlı boksçu 1/4 finala çıxıb

İdman Materials 13 May 2017 19:21 (UTC +04:00)
Azərbaycanlı boksçu Məsud Yusifzadə (52 kq) IV İslam Həmrəyliyi Oyunlarında ilk döyüşünü keçirib
Bakı-2017: Azərbaycanlı boksçu 1/4 finala çıxıb

Bakı. Trend:

Azərbaycanlı boksçu Məsud Yusifzadə (52 kq) IV İslam Həmrəyliyi Oyunlarında ilk döyüşünü keçirib.

Trend-in məlumatına görə, 21 yaşlı idmançı 1/8 final çərçivəsində baş tutan görüşdə türkiyəli Ömər Koçla üz-üzə gəlib.

Döyüş Yusifzadənin qələbəsi ilə başa çatıb. Gənc boksçu rəqibini 5:0 hesabı ilə məğlub edib.

Boksçumuz 1/4 finalda Abrorjon Kodırovla (Özbəkistan) qüvvəsini sınayacaq. Bu qarşılaşma mayın 16-da keçiriləcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti