...

Azərbaycan tennisçiləri türkiyəli rəqibləri ilə bacarmadı

İdman Materials 14 May 2017 14:23 (UTC +04:00)
Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının tennis yarışında A qrupunda Azərbaycan və Türkiyənin qadınlardan ibarət yığmaları qarşılaşıb.
Azərbaycan tennisçiləri türkiyəli rəqibləri ilə bacarmadı

Bakı. Trend:

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının tennis yarışında A qrupunda Azərbaycan və Türkiyənin qadınlardan ibarət yığmaları qarşılaşıb.

Trend-in məlumatına görə, Türkiyə millisi oyunda üstün tərəf olub. Belə ki, türkiyəli tennisçilər hər üç görüşdə qalib gəliblər. Fərdi görüşlərdə Zemfira Ağapayova Ayla Aksuya, Umayra Həşimova Başak Əraydına uduzub.

Cütlüklərin qarşılaşmasında isə Umayra Həşimova - Alina Qavriş dueti Berfu Cengiz - Melis Sezer cütlüyünə məğlub olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti