...

Azərbaycan üzgüçülərindən ilk medal - QIZIL

İdman Materials 14 May 2017 20:47 (UTC +04:00)
Azərbaycan üzgüçüsü Maksim Şemberyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Azərbaycan üzgüçülərindən ilk medal - QIZIL

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan üzgüçüsü Maksim Şemberyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz 1500 m məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı vaxtı 15:07,29 olub.

Gümüş medal indoneziyalı Aflah Pravira, bürünc medal isə türk üzgüçü Ediz İldırımeruya qismət olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti