...

İrina Zaretskaya: İslamiadadan sonra Olimpiadada iştirak etməyi planlaşdırırıq

İdman Materials 14 May 2017 21:31 (UTC +04:00)
Azərbaycanlı karateçi İrina Zaretskaya IV İslam Həmrəyliyi Oyunlarında qələbədən sonra Olimpiya oyunlarında iştirak etməyi planlaşdırır
İrina Zaretskaya: İslamiadadan sonra Olimpiadada iştirak etməyi planlaşdırırıq

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanlı karateçi İrina Zaretskaya IV İslam Həmrəyliyi Oyunlarında qələbədən sonra Olimpiya oyunlarında iştirak etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə müsahibəsində idmançı özü deyib.

O deyib: “Bir müddət sonra Olimpiada üçün seçmə oyunlar var. Bu bizim üçün iki il ağır iş deməkdir”.

Öz çıxışı haqqında danışan idmançı yarışlar zamanı ən ağır görüşün misirli karateçi Nada Məhəmmədlə birinci görüşün olduğunu deyib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti