...

Boksçumuz Cavid Çələbiyev finala vəsiqə qazanıb

İdman Materials 17 May 2017 20:01 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 60 kq çəki dərəcəsində finalçıların adları dəqiqləşib.
Boksçumuz Cavid Çələbiyev finala vəsiqə qazanıb

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 60 kq çəki dərəcəsində finalçıların adları dəqiqləşib. Həlledici döyüşdə Azərbaycan da təmsil olunacaq.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamızın üzvü Cavid Çələbiyev buna 1/2 finalda qazaxıstanlı Sultan Zaurbəyə qalib gəlməklə nail olub. O, rəqibini 4:1 hesabı ilə məğlub edib.

Dünya çempionumuz mayın 18-də baş tutacaq finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.

Qeyd edək ki, Cavidə qədər Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) da adını finala yazdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti