...

Bakı-2017: Hacı Əliyev də vaxtından əvvəl qalib gəldi

İdman Materials 20 May 2017 10:28 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir sərbəst güləşçimiz mərhələ adlayıb.
Bakı-2017: Hacı Əliyev də vaxtından əvvəl qalib gəldi

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir sərbəst güləşçimiz mərhələ adlayıb.

Trend-in məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız Hacı Əliyev 1/8 finalda Türkmənistan təmsilçisi Saparmurad Muradovla qarşılaşıb.

H.Əliyev rəqibini cəmi 2 dəqiqəyə - vaxtından əvvəl məğlub edib - 10:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti