Bakı. Trend:
Türkiyənin "Trabzonspor" futbol klubu Azərbaycanın "Qəbələ" komandasına icarə haqqı almadan oyunçu verəcək.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Qəbələ"nin "Trabzonspor"un futbolçusu Luis İbanesi transfer etmək istədiyi iddia edilir.
28 yaşlı argentinalı oyunçunun qəbul edəcəyi təqdirdə, Türkiyə klubunun bir illik icarə haqqı almadan L.İbanesi Azərbaycana göndərəcəyi bildirilir.