...

Bədii gimnastika üzrə "Nar şahzadəsi" və Göyçay Açıq birinciliyinə start verilib (FOTO)

İdman Materials 5 İyun 2017 13:25
Bu gün Göyçay Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Nar şahzadəsi" və Göyçay 1-ci Açıq birinciliyinə start verilib.
Bədii gimnastika üzrə "Nar şahzadəsi" və Göyçay Açıq birinciliyinə start verilib (FOTO)

Trend-i buradan izləyin

Göyçay. Zaur Mustafayev - Trend:

Bu gün Göyçay Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Nar şahzadəsi" və Göyçay 1-ci Açıq birinciliyinə start verilib.

Trend-in məlumatına görə, turnirin açılışında Göyçay rayon İcra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov bildirib ki, bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Göyçay rayonunda da idmanın müxtəlif növləri üzrə idman bölmələrinin fəaliyyət göstərməsi, güclü idmançıların yetişməsi sevindirici haldır:

"Bu gün burada idman yarışının keçirildiyi Olimpiya İdman Kompleksi də ölkə Prezidentinin göyçaylılara böyük hədiyyəsidir. 2010-cu ildə cənab Prezident İlham Əliyev Olimpiya İdman Kompleksinin açılışında iştirak etmiş və o gündən bura bizim idmançıların bir ziyarət yeri olmuşdur. Bizi sevindirən hal odur ki, Göyçayda idmanın digər növləri ilə yanaşı, bədii gimnastika üzrə bölmə də fəaliyyət göstərir və idmanın digər növlərində olduğu kimi, bədii gimnastika sahəsində də ölkəmizdə böyük uğurlar əldə olunub. Heç şübhəsiz ki, bu uğurların əldə edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır".

Ə.Dövlətov əlavə edib ki, bu gün Göyçay rayonunda belə bir idman yarışının – Göyçay rayon açıq birinciliyinin keçirilməsi də Göyçayda idmanın inkişafına böyük diqqət və qayğının nəticəsidir.

Yarışda 2007, 2008, 2009, 2010, 2011 və 2012-ci il təvəllüdlü 70 gimnast iştirak edir.

Şağan Olimpiya İdman Kompleksi, Zabrat İK, "Zirə" Mədəniyyət Mərkəzindən olan paytaxt idmançıları ilə yanaşı, Gəncə Naftalan Sağlamlıq Mərkəzi, İsmayıllı Olimpiya İdman Kompleksi, Kürdəmir Olimpiya İdman Kompleksi, Sumqayıt Olimpiya İdman Kompleksi, "Zirvə International" İdman Klubunun təmsilçiləri də halqa və topla, həmçinin alətsiz hərəkətlər üzrə fərdi çıxışlarını nümayiş etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti