...

Azərbaycan boksçuları “Heydər Əliyev kuboku-2017”ni 19 medalla başa vurub

İdman Materials 14 İyun 2017 19:02 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri başa çatıb. 4 gün davam edən yarışda bu gün baş tutan final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, turnirə 2 komanda ilə qatılan yığmamız 4 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında millimizi Qazaxıstan izləyib. Onlar Naxçıvanda 4 qızıl və 5 bürünc medala yiyələniblər.

İran yığmasının mükafat qazanmadığı turnirdə Özbəkistan (3 qızıl, 1 gümüş, 2 bürünc), Gürcüstan (1-4-1) və Ukrayna (0-1-5) 6, Qırğızıstan 4 (1-0-3), Macarıstanla (0-1-0) Rusiya hərəyə 1 (0-1-0) medala sahib olub.

Mükafatçıların tam siyahısını təqdim edirik:

46 kq

1. Maqsud Xasmetov (Azərbaycan-1)

2. Luka Kublaşvili (Gürcüstan)

3. Balaman Maksimov (Qırğızıstan)

3. Akiklbek Muxtarov (Qazaxıstan)

48 kq

1. Rüfət Fətullayev (Azərbaycan-1)

2. Avdey Çarenko (Rusiya)

3. Sənan Əhmədov (Azərbaycan-1)

3. Eltac Cəfərzadə (Azərbaycan-1)

50 kq

1. Amid İbodullayev (Özbəkistan)

2. Eldar Qoqlaşvili (Gürcüstan)

3. Kənan Abışov (Azərbaycan-1)

3. Kənan Səfiyev (Azərbaycan-2)

52 kq

1. Mamuka Abulzade (Gürcüstan)

2. Əzrək Bəbirov (Azərbaycan-1)

3. Əhməd Rzayev (Azərbaycan-2)

3. Biybaris Ceksen (Qazaxıstan)

54 kq

1. Aytcan Aşirxan (Qazaxıstan)

2. Ağasəlim Mustafazadə (Azərbaycan-1)

3. Rəşid Həsənov (Azərbaycan-1)

3. Hayrullo Alimatov (Özbəkistan)

57 kq

1. Elşən Cəbizadə (Azərbaycan-1)

2. Yavlonbek Yuldaşov (Özbəkistan)

3. Maksim Cubeylo (Ukrayna)

3. Qoqa Tsosonova (Gürcüstan)

60 kq

1. Nuradin Rustambek (Qırğızıstan)

2. Lado Lomaya (Gürcüstan)

3. Samir Nəsirov (Azərbaycan-1)

3. Yuri Zaxareyev (Ukrayna)

63 kq

1. Azamat Bektaş (Qazaxıstan)

2. İbrahim Cəfərzadə (Azərbaycan-1)

3. Səlim Səlimov (Azərbaycan-1)

3. Umar Kubaniçbek (Qırğızıstan)

66 kq

1. Rüfət Nəbiyev (Azərbaycan-1)

2. Mikola Kovalenko (Ukrayna)

3. Bekbolat Abdukerim (Qazaxıstan)

3. Dastan Onolbekov (Qırğızıstan)

70 kq

1. Erasil Yokpekov (Qazaxıstan)

2. Cavid Qurbanov (Azərbaycan-1)

3. Yusif Allahverdiyev (Azərbaycan-2)

3. Maksim Kofan (Ukrayna)

75 kq

1. Madiyar Rejepov (Özbəkistan)

2. David Kojian (Macarıstan)

3. Maksut Kuandik (Qazaxıstan)

3. Murad Allahverdiyev (Azərbaycan-1)

80 kq

1. Saqındık Tokalebay (Qazaxıstan)

2. İosif Çuniaşvili (Gürcüstan)

3. Cəsur Yuldaşev (Özbəkistan)

3. Petro Bandusyak (Ukrayna)

+80 kq

1. Şaxura Almatov (Özbəkistan)

2. Vüqar Səmədov (Azərbaycan-1)

3. Arnur Axmetcanov (Qazaxıstan)

3. Dmitro Borduq (Ukrayna)

Xəbər lenti

Xəbər lenti