...

Formula 2-nin qalibi: Bakı trası ümumilikdə maraqlı trasdır

İdman Materials 24 İyun 2017 14:44
Bakıdakı tras uzun düz yol və kəskin döngələrin birləşməsi səbəbi ilə xoşuma gəldi
Formula 2-nin qalibi: Bakı trası ümumilikdə maraqlı trasdır

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıdakı tras uzun düz yol və kəskin döngələrin birləşməsi səbəbi ilə xoşuma gəldi.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Formula 2 yarışının qalibi “Prema Racing” pilotu Şarl Leklerk deyib.

Onun sözlərinə görə, bu tras haqqında deyildiyi qədər təhlükəli deyil:

“Burada təhlükəli döngələr var. Xüsusilə də səkkizinci döngə. Çünki burada qəza olsa, digər pilotlar üçün keçmək çətin olur. Amma ümumilikdə, tras maraqlıdır”.

“Dams” komandasının pilotu Nikolas Latifi isə öz növbəsində deyib ki, Bakı trası Monako və Montsa traslarının birləşməsinə bənzəyir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Xəbər lenti

Xəbər lenti