...

Latviya idmançısı atıcılıq üzrə Avropa çempionatının qalibi oldu

İdman Materials 29 İyul 2017 12:07 (UTC +04:00)

Bakı. Trend:

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının 25 metr məsafəyə yeniyetmələr arasında tapança ilə atəş açma yarışının qalibi Latviya idmançısı olub.

Trend-in məlumatına görə, rəqiblərindən daha dəqiq atan latviyalı Ernests Erbs 583 xalla birinci olub.

Fransa idmançısı Eduard Dortomb 575 xalla ikinci, Rusiya təmsilçisi Daniil Şıxov isə 574 xalla üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti