...

İdman gimnastlarımız Dünya Kubokunda mübarizə aparıblar

İdman Materials 6 Sentyabr 2017 13:05 (UTC +04:00)
Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçirilib.
İdman gimnastlarımız Dünya Kubokunda mübarizə aparıblar

Bakı. Trend:

Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 20 ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycanı Murad Ağarzayev, Bense Talas, Yulia İnşına, Marina Nekrasova və Yekaterina Tişkova təmsil ediblər.

İdmançılarımızdan B.Talas halqalarda finala keçməyi bacarsa da, yekunda 13.700 xalla 8-ci olub.

Qızlarımızdan isə ən yaxşı nəticəni Yulia göstərib. Onun sərbəst hərəkətlərlə çıxışı 12.550 xalla qiymətləndirilib və gimnastımız 5-ci pillədə qərar tutub. Dayaqla tullanma hərəkətlərində də final mərhələsində çıxış edən Yulia 6-cı, komanda yoldaşı Marina isə 8-ci olub. Marinanın müxtəlif hündürlüklü qollardakı final çıxışı 8-ci, eyni zamanda, Yulianın gimnastika tirində yekun çıxışı 8-ci yerlə nəticələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti