Bakı. Trend:
"Təmiz Şəhər" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı oldu.
Trend-in məlumatına görə, ABL Cup 2017-18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə və Azfargroup-un meydançalarında keçiriləcək.
Hər bir kollektivin uğurlu fəaliyyətində əsas amillərdən biri komanda ruhunun olmasıdır. Məhz bu məqsədlə "Təmiz Şəhər" ASC 6 illik tarixi olan mini-futbol üzrə öz komandası ilə bir sıra mini-futbol turnirlərində, o cümlədən İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin hər il təşkil etdiyi mini-futbol turnirlərində dəfələrlə iştirak edərək uğur qazanıb. Hazırda isə komanda ASEP (AZFAR SPORTS EVENTS AND PROMOTION) şirkətinin yeni formatda təşkil etdiyi ABL Cup 2017/18 turnirində özünü sınamaq üçün iştirakını təsdiqlədi. Komandanın tərkibi gücləndirilmiş rejimdə məşq edir. Keçirilən məşqlərin əsas məqsədi ABL Cup 2017/18 turnirində uğur qazanmağa yönəlib.
Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-liqa” korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.
Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.
İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV