...

Konstantin Tszü: Bakıda WBC konvensiyasının keçirilməsi peşəkar boksun ölkədə inkişafına kömək edəcək

İdman Materials 2 Oktyabr 2017 15:26 (UTC +04:00)
Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci konvensiyasının keçirilməsi peşəkar boksun Azərbaycanda inkişafına kömək edəcək
Konstantin Tszü: Bakıda WBC konvensiyasının keçirilməsi peşəkar boksun ölkədə inkişafına kömək edəcək

Bakı: Ənvər Məmmədov - Trend:

Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci konvensiyasının keçirilməsi peşəkar boksun Azərbaycanda inkişafına kömək edəcək.

Bunu Trend-ə WBC, WBA və IBF versiyalarında dünya çempionu Konstantin Tszü deyib.

Onun sözlərinə görə, bu cür tədbirlər gənclərin boksa marağını artırmağa imkan verir: “Bu cür konqreslərin keçirilməsinin əsas məqsədi gənclərin cəlb olunması və düzgün istiqamətə yönləndirilməsidir. Yalnız televizorda gördüyü adamlarla görüşə bilmək hər bir gəncdə ruh yüksəkliyinə səbəb olur və məqsədlərə çatmaq üçün təkan verir. Bu baxımdan bu cür tədbirlərin keçirilməsi mənim üçün çox vacibdir. Fikrimcə, Bakıda bu cür tədbirin keçirilməsi ölkədə peşəkar boksun inkişafına kömək edəcək”

Qeyd edək ki, oktyabrın 1-də Bakıda WBC-nin 55-ci konvensiyası başlayıb. Oktyabrın 6-dək davam edəcək konqresdə 164 üzv ölkədən 500-dən çox nümayəndə iştirak edir.

Xəbər lenti

Xəbər lenti