...

Çexiya ilə oyun Rəşad Sadıqov üçün sonuncu olacaq

İdman Materials 2 Oktyabr 2017 16:57 (UTC +04:00)
Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.
Çexiya ilə oyun Rəşad Sadıqov üçün sonuncu olacaq

Bakı. Trend:

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

Trend-in məlumatına görə, AFFA-nın saytına fikrini bildirən R.Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib:

“Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən R.Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti