...

Gənc boksçulardan ibarət millimiz Avropanın dördüncüsüdür

İdman Materials 30 Oktyabr 2017 11:07 (UTC +04:00)
Gənc boksçulardan ibarət millimiz Avropanın dördüncüsü olub.
Gənc boksçulardan ibarət millimiz Avropanın dördüncüsüdür

Bakı. Trend:

Gənc boksçulardan ibarət millimiz Avropanın dördüncüsü olub.

Azərbaycan Boks Federasiasından Trend-ə verilən məlumata görə, Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyi başa çatıb.

8 gün davam edən yarışın yekununa əsasən medal qazanan ölkələrin siyahısı açıqlanıb. Mundialda tam heyətlə təmsil olunan yığmamız 4 medal yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medalların həm əyarına, həm də sayına görə Avropa birinciliyini 4-cü pillədə başa vurub.

Ümumilikdə, 15 ölkə Antalyada medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Rusiya yığması tutub. Şimal qonşularımız 5 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 2-ci pilləyə isə ev sahibi Türkiyə və boks ənənəsi ilə fərqlənən Ukrayna şərik olub. Hər 2 komanda 1 qızıl, 2 gümüş və 2 bürünc medala yiyələnib. Millimiz 33 ölkə arasında ümumi sıralamada 4-cü yeri tutub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+91 kq) qızıl, Amin Kuşkov (75 kq) gümüş və Həsən İbrahimovla (49 kq) Surət Qarayev (81 kq) bürünc medal qazanıb.

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

Medal sayına görə yer

1

Rusiya

5

2

1

8

1

2-3

Türkiyə

1

2

2

5

2-3

Ukrayna

1

2

2

5

2-3

4

AZƏRBAYCAN

1

1

2

4

4

5

İngiltərə

1

1

0

2

7

6

Gürcüstan

1

0

2

3

5

7-8

Yunanıstan

0

1

0

1

10-15

Macarıstan

0

1

0

1

10-15

9

Belarus

0

0

3

3

5

10-11

Bolqarıstan

0

0

2

2

7-8

İrlandiya

0

0

2

2

7-8

12-15

Xorvatiya

0

0

1

1

10-15

Çexiya

0

0

1

1

10-15

Polşa

0

0

1

1

10-15

Rumıniya

0

0

1

1

10-15

CƏMİ

10

10

20

40

Məqalədə:
Xəbər lenti

Xəbər lenti