...

Bakı Olimpiya Stadionu azarkeşlərə müraciət etdi

İdman Materials 21 Noyabr 2017 14:28 (UTC +04:00)
Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqası çərçivəsində noyabrın 22-də keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu üçün stadiona gəliş-gediş sxemini təqdim edib.
Bakı Olimpiya Stadionu azarkeşlərə müraciət etdi

Bakı. Trend:

Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqası çərçivəsində noyabrın 22-də keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu üçün stadiona gəliş-gediş sxemini təqdim edib.

Trend-in məlumatına görə, stadion rəhbərliyi azarkeşlərdən xahiş edir ki, stadiona gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə Bakı Nəqliyyat Agentliyi tərəfindən təqdim olunan avtobuslara və İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən və "Koroğlu" m/s üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə etmək lazımdır.

Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti