...

Ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək

İdman Materials 29 Noyabr 2017 10:31 (UTC +04:00)
2-3 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək.
Ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək

Bakı. Trend:

2-3 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək.

Azərbaycan Ağır Atletika Feredasiyasından Trend-ə verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayacaq.

Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti