...

Qurban Qurbanov: "Roma”nın şansı bu oyunla bağlı ola bilər

İdman Materials 5 Dekabr 2017 10:01 (UTC +04:00)
“Roma”nın şansı bu oyunla bağlı ola bilər.
Qurban Qurbanov: "Roma”nın şansı bu oyunla bağlı ola bilər

Bakı. Trend:

“Roma”nın şansı bu oyunla bağlı ola bilər.

Trend-in məlumatına görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək "Roma" - "Qarabağ" oyunundan əvvəl İtaliya paytaxtında təşkil olunan mətbuat konfransında deyib.

Q.Qurbanov qeyd edib: "Qrupda son oyunumuzdur. Nəticə baxımından razı olmasaq da, bu turnir bizim üçün böyük təcrübə oldu. Sabahkı oyunda da düzgün, ciddi mübarizə aparmağa çalışacağıq. Ola bilər ki, “Roma”nın şansı bu oyunla bağlı olsun".

Ağdam təmsilçisinin baş məşqçisi futbolçuların ən yaxşı oyunlarını göstərməyə çalışacaqlarını bildirib: "Onların Çempionlar Liqasında hansı səviyyəyə çatdıqlarını göstərmək üçün böyük şans olacaq".

Qeyd edək ki, "Roma" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti