...

Karateçilərimiz 2 nüfuzlu turnirə hazırlaşır

İdman Materials 8 Fevral 2018 12:55
Karateçilərimiz 2 nüfuzlu turnirə hazırlaşır.
Karateçilərimiz 2 nüfuzlu turnirə hazırlaşır

Trend-i buradan izləyin

Bakı. Trend:

Böyüklərdən ibarət milli komandanın ikinci heyətinin 6 üzvü 8-12 fevral tarixlərində İspaniyanın Qvadalaxara şəhərində nüfuzlu turnirdə iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, komandamızın məşqçisi Qurban Tağıyevin rəhbərlik etdiyi heyətdə Elcan Məmmədrzayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Samir Məmmədov və Novruz Əliyev (hər ikisi -75 kq), Pənah Abdullayev (-84 kq) və Fidan Teymurova (-50 kq) var.

İspaniyada bu A seriyası yarışı Dünya Karate Federasiyasının 2018-ci ildə nəzərdə tutduğu 4 analoji turnirdən birincisidir. Milli komandanın əsas heyəti isə gələn həftəsonu Dubayda daha nüfuzlu Karate 1 Premyer Liqa turnirinə hazırlıqları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti