Bakı. Trend:
"Mançester Siti" klubu İngiltərə Liqa Kubokunu qazanıb.
Trend-in məlumatına görə, kubok klubun baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında qazandığı ilk tituldur.
Finalda “şəhərlilər” “Arsenal”la görüşüb. Oyun 3:0 hesabı ilə yekunlaşıb.
Hesabı 18-ci dəqiqədə Serxio Aqüero açıb. 58-ci dəqiqədə Vensan Kompani, 65-ci dəqiqədə isə David Silva fərqləniblər.
Qeyd edək ki, Xosep Qvardiola "Mançester Siti"yə 2016-cı ildən rəhbərlik edir.