...

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku davam edir (FOTOREPORTAJ)

İdman Materials 16 Mart 2018 12:23 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku davam edir.
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku davam edir (FOTOREPORTAJ)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib.

Trend-in məlumatına görə, birinci günün nəticələrinə əsasən qadın idman gimnastlarımız iki alətdə finalları təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşına, parallel qollarda isə M.Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günü qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.

Kişi təmsilçilərimiz isə təəssüflər olsun ki, parallel qollar, sərbəst hərəkətlər və halqalarda finala vəsiqə qazana bilməyiblər. Onlar martın 16-da daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) öz güclərini sınayacaqlar.

Bakıda 3-cü ildir ki təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti