...

Yunanıstan səfiri: Azərbaycan idman yarışlarının təşkilində dünyanın ən yaxşılarındandır

İdman Materials 16 Mart 2018 20:28 (UTC +04:00)
Azərbaycan idman yarışlarının təşkilində dünyanın ən yaxşı ölkələrindəndir.
Yunanıstan səfiri: Azərbaycan idman yarışlarının təşkilində dünyanın ən yaxşılarındandır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan idman yarışlarının təşkilində dünyanın ən yaxşı ölkələrindəndir.

Bunu Trend-ə açıqlamasında Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos deyib.

Səfirin sözlərinə görə, Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku çox peşəkar şəkildə təşkil edilib.

N.Kanellos bildirib: "Bu gün mən növbəti dəfə Azərbaycanda idman yarışını izlədim. İlk dəfə Qarabağ futbol klubunun matçına qatılmışdım, bu gün isə gimnastika üzrə yarışları izlədim, bunların arasında yunan gimnastları da var idi. Yarışların təşkilində peşəkarlıq və nizamlılıq gördüm. Yunanıstanın yarışları təşkil etməkdə böyük təcrübəsi var və bu əsasda deyə bilərəm ki, Azərbaycan idman yarışlarının təşkili baxımından dünyanın ən yaxşısıdır".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci günü keçirilib.

Bakıda 3-cü ildir ki təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti