...

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin 7-ci turunda heç-heçə edib

İdman Materials 18 Mart 2018 23:29 (UTC +04:00)
Bu gün şahmat üzrə İddiaçılar Turnirinin yeddinci turu keçirilib.
Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin 7-ci turunda heç-heçə edib

Bakı. Trend:

Bu gün şahmat üzrə İddiaçılar Turnirinin yeddinci turu keçirilib.

Trend-in məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda rusiyalı Aleksandr Qrişükla görüşüb. Oyun heç-heçə başa çatıb.

Məmmədyarov 4,5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Birinci yerdə ABŞ təmsilçisi Fabiano Karuana, 3-cü isə rusiyalı qrossmeyster Aleksandr Qrişükdur.

Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir.

Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti