...

Boksçularımız Vilnüsdə 7 medal qazanıblar (FOTO)

İdman Materials 27 Mart 2018 10:03 (UTC +04:00)
Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb.
Boksçularımız Vilnüsdə 7 medal qazanıblar (FOTO)

Bakı. Trend:

Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 13-cü dəfə keçirilən yarışda Azərbaycan millisi 7 medal qazanıb.

Belə ki, bütün rəqiblərinə qalib gələn Nurlan Səfərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Nəbi İsgəndərovla (56 kq) Zaur Musayev (81 kq) gümüş medalla kifayətləndiyi halda, Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nicat Həsənov (69 kq) və Məhəmməd Yusifov (75 kq) üçüncü yeri tutublar.

Yığmamız komanda hesabında 2-ci olub. Millimizi yalnız Rusiya boksçuları qabaqlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti