...

ABL Cup 2017-2018 Yaz mövsümündə qrupların tərkibi müəyyənləşib (FOTO)

İdman Materials 3 Aprel 2018 13:03 (UTC +04:00)
Martın 30-da “Pullman Baku” otelində ABL Cup 2017-2018 mini-futbol turnirinin Yaz mövsümünün püşkatma mərasimi keçirilib.
ABL Cup 2017-2018 Yaz mövsümündə qrupların tərkibi müəyyənləşib (FOTO)

Bakı. Trend:

Martın 30-da “Pullman Baku” otelində ABL Cup 2017-2018 mini-futbol turnirinin Yaz mövsümünün püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə təşkilatçı ASEP şirkətinin rəsmiləri AFFA və Azərbaycan Mini-Futbol Federasiyasının rəsmiləri, sponsorların təmsilçiləri, iştirakçı komandaların nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı Sənan Şəfizadə qonaqları salamlayaraq, püşkatmanın keçirilmə qaydası haqqında məlumat qonaqların diqqətinə çatdırılıb.

Püşk zamanı turnirdə iştirak edəcək 32 komanda, Payız mövsümünün nəticələrinə əsasən, hərəsində 8 komanda olmaqla 4 səbətə, həmçinin mavi və çəhrayı qruplara bölünüb.

Birinci səbətdə Payız mövsümünün ən güclü səkkiz komandası, 2-ci səbətdə 9-16-cı yerləri, 3-cü səbətdə 17-24-cü yerləri tutanlar, sonuncu 4-cü səbətdə isə qalan komandalar və debütantlar yer alıb.

Mavi qrupda ABL Cup 2017-2018 Payız mövsümünün ən yaxşı 16 komandası, çəhrayı qrupda isə digər komandalar və debütantlar yer alıb.

Püşkatmanı 1987-ci ildə SSRİ-nin yeniyetmələr yığmasının heyətində U-16 dünya çempionu olmuş həmyerlimiz Vladislav Qədirov keçirib. Nəticədə hərəsində 4 komanda olmaqla 8 qrupun tərkibi müəyyənləşib.

Püşkatmanın nəticələri ilə saytımızda tanış ola bilərsiniz.

Biznes Liqanın Yaz mövsümündə bir neçə komanda debüt edəcək. Bunlar “Azərkosmos”, “Optimal”, “Təhsil Nazirliyi” və “R.İ.S.K. Company” komandalarıdır.

Qrup mərhələsinin ilk turunun oyunları 7 aprel tarixində saat 12:00-da start götürəcək və Azfar “Şəfa”da keçiriləcək. Final qarşılaşması 27 may 2018-ci ildə baş tutacaq.

“Pullman Baku” hotelinin PR və marketinq meneceri Ləman Yusifli deyib: “Sağlam həyat tərzinin təbliğ olunması bizim üçün prioritet istiqamətlərdən biridir. Ona görə də “Azfar” Biznes Liqasının tərəfdaşı qismində biz bu turniri ölkənin idman həyatında əhəmiyyətli hadisələrdən biri hesab edirik”.

Biznes Liqası layihəsinin müəllifi Anar Rzazadə də öz fikirlərini bölüşüb: “Payız çempionatı yüksək səviyyədə, maraqlı idman mübarizəsi şəraitində keçdi və ölkə ictimaiyyətinin böyük marağına səbəb oldu. Ümid edirik ki, yaz mərhələsi də gərgin mübarizə ilə yadda qalacaq, təkcə mini-futbolun inkişafına deyil, həm də korporativ ruhun möhkəmlənməsinə xidmət edəcək”.

1987-ci il dünya çempionu, “Azfar” futbol məktəbinin baş məşqçisi Vladislav Qədirov deyib ki, Biznes Liqasında 32 komandanın iştirakı yarışa olan böyük marağın və bu turnirin ölkədə futbolun inkişafı və təbliğ olunması üçün əhəmiyyətinin göstəricisidir. O, bütün komandalara uğurlar, gözəl oyun arzu edib və əminliklə bildirib ki, turnir yenidən futbol həvəskarlarını parlaq oyunlarla sevindirəcək.

ABL Yaz kubokunun oyunlarından görüntülər, vurulan ən gözəl qollar ATV televiziya kanalında hər həftə yayımlanacaq icmal proqramında izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, ABL Cup 2017-2018 Payız mövsümü ötən il oktyabrın 28-dən dekabrın 17-nə kimi keçirilmişdir və oyunlarının hamısında qalib gələn “Azersun Holding” komandası çempion olmuşdur.

ABL Yaz kubokunun oyunlarından görüntülər, vurulan ən gözəl qollar ATV televiziya kanalında hər həftə yayımlanacaq icmal proqramında izləyicilərə təqdim olunacaq. Biznes-liqa haqqında bütün məlumatlar, rəsmi saytda qeyd olunacaq www.abl.az

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti