...

"Force India" komandasının pilotu: Bakı trekində yan-yana mübarizə Formula 1 yarışlarında nadir baş verən haldır

İdman Materials 26 Aprel 2018 12:45 (UTC +04:00)
Bakı treki şəhər trekləri üçün xarakterik olmayan uzun düz yola sahibdir.
"Force India" komandasının pilotu: Bakı trekində yan-yana mübarizə Formula 1 yarışlarında nadir baş verən haldır

Bakı. Elçin Mehdiyev - Trend:

“Bakı treki şəhər trekləri üçün xarakterik olmayan uzun düz yola sahibdir. Ötən il Azərbaycan Qran Prisi azarkeşlərin ən sevimli yarışı oldu. Şəhər treklərindəki atmosferi çox sevirəm. Keçən il Bakı yarışı yaddaqalan oldu. Qızğın mübarizə aparmağımıza baxmayaraq bəzi fürsətləri əldən verdik. Bu il keçən ilki kimi sürətli olacağımıza ümid edirəm".

Trend-in məlumatına görə, bunu 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində Force India komandasının pilotu Esteban Okon deyib.

Pilotun sözlərinə görə, Bakı trekində 3-4 bolid yan-yana mübarizə apara bilər ki, bu da Formula 1 yarışlarında nadir baş verən haldır:

"Bakı xal qazanmağımız üçün əla şansdır. Yarışdan-yarışa bolid daha da təkmilləşir. Bu mövsüm bəzi yeni elementləri sınaqdan keçirmişik. Hələ ki, mövsümün ilk yarışlarıdır. Bolidin tam potensialını üzə çıxara bilsək, yarışı ön sıralarda başa vura biləcəyik”.

Komandanın digər pilotu Serxio Peres isə deyib ki, Bakı treki artıq böyük rəğbət oyadıb:

“Ötən ilki yarış elə bil dünən olub. Azərbaycan Qran Prisi ilə bağlı xoş xatirələrim var. Burada rəqabət olduqca qızğındır. Bakı yarışının maraqlı olacağını düşünürəm. Əsas məsələ sürətli və tormozlama zamanı inamlı olmaq lazımdır. Şəhər treklərini, xüsusilə də Bakı trekini sevirəm”.

Komandanın rəhbəri Vicey Malya da Azərbaycan Qran Prisini xal qaznmaq üçün əhəmiyyətli hesab edir.

"Əlverişsiz şəraitə görə mövsümün ilk yarışlarında nəticə gözlədiyimiz kimi olmadı. Bəhreyn və Çində birinci döngədə baş verən qəzalara görə rəqiblərimizdən geri qaldıq. Yarışın əvvəlində bu qədər mövqe itirirsinizsə, vəziyyəti öz xeyrinizə dəyişmək çətinləşir. Digər tərəfdən Avstraliya Qran Prisindən sonra bolidin performansını artırmışıq. Son iki yarışda nəticələrimizi yaxşılaşdırmışıq”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti