Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda 3-cü dəfə keçiriləcək Formula 1 yarışında 3 günlük bilet alan azarkeşlər bu gün pit-yolu gəzmək imkanı əldə ediblər.
Trend-in məlumatına görə, müxtəlif ölkələrdən olan yüzlərlə azarkeş 350-400 km/saat sürətlə hərəkət edəcək bolidlərin hərəkət yoluna çıxaraq Formula 1 hazırlıqlarını müşahidə ediblər.
Azarkeşlər pit-yola daxil olaraq komandaların yarışa hazırlığını izləyib, paddokdakı şəraitlə maraqlanıblar.
Qeyd edək ki, aprelin 27-29-da Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.