Bakı. Elçin Mehdiyev – Trend:
Bakıda Formula 2-nin birinci əsas yarışına start veriləndən bir neçə dəqiqə sonra qəza baş verib.
Trend-in məlumatına görə, yarış başlayandan bir neçə dəqiqə sonra "Campos Vexatec Racing"dən komandasının italiyalı pilotu Luka Giottonun idarəetməni itirərək Azneft dairəsindəki döngədə təhlükəsizlik səddinə, sonra da "Four Seasons" otelinin qarşısındakı divara çırpılıb.
Toqquşma nəticəsində bolidin bəzi hissələri qoparaq yola səpələnib. Pilot xəsarət almasa da yarışı erkən tərk edib.