...

Azərbaycan velosipedçiləri üçün Moskva Halqasında ilk fəxri kürsü

İdman Materials 3 May 2018 20:17 (UTC +04:00)
“Moskvanın 5 halqası” (Five Rings of Moscow) veloturu start götürüb.
Azərbaycan velosipedçiləri üçün Moskva Halqasında ilk fəxri kürsü

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Moskvanın 5 halqası” (Five Rings of Moscow) veloturu start götürüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, 23 komandanın mübarizə apardığı yarışda kontinental velosiped komandamız “Synergy Baku” 6 idmançı ilə təmsil olunur.

Rusiya paytaxtına Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevlə yollanan komanda üzvərimizdən 1-ci mərhələdə ən yüksək nəticəyə Kiril imza atıb – o, 156,8 km məsafəni 3-cü sırada tamamlayıb.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 163.2 km məsafə qət edəcəklər. Yarışa mayın 6-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti