...

"El Clasico"da qalib müəyyənləşmədi (VİDEO)

İdman Materials 7 May 2018 08:53 (UTC +04:00)
İspaniya La Liqasının 35-ci turu çərçivəsində "Barselona" klubu "Real Madrid" klubunu qəbul edib.
"El Clasico"da qalib müəyyənləşmədi (VİDEO)

Bakı. Trend:

İspaniya La Liqasının 35-ci turu çərçivəsində "Barselona" klubu "Real Madrid" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyunun 10-cu dəqiqəsində ev sahibi komandası L.Suarezin vurduğu qolla hesabda önə keçib - 1:0. Cəmi 4 dəqiqə sonra qonaqların hücumçusu K.Ronaldu hesabı bərabərləşdirib. Hissəyə əlavə olunmuş dəqiqədə ev sahibinin cinah müdafiəçisi S.Roberto qırmızı vərəqə alaraq meydandan qovulub. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb.

İkinci hissəyə də ev sahibi fəal başlayaraq artıq 52-ci dəqiqədə L.Messinin qolu ilə hesabda önə keçib. Lakin oyunun 72-ci dəqiqəsində qonaqların hücumçusu Q.Beyl hesabı bərabərləşdirib. Oyun 2:2 hesabı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti