...

Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb

İdman Materials 7 May 2018 16:47 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb
Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb

Bakı. Trend:

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə veteranlar arasında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Azərbaycan çempionatı keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, 50-dən çox veteran idmançının iştirak etdiyi yarışlarda qadınlar arasında I yeri Xəyalə Qiyasova, II yeri Könül Mikayılova, III yeri isə Gülnarə İbrahimova qazanıb.

Kişilər arasında 40-49 yaş qrupunda I yeri Vaqif Məmmədov, II yeri Zaur Mikayılov, III yeri isə Əli Heydərli tutub.

50-59 yaş qrupunda İlham Ağayev (I yer), Teymur Hüseynov (II yer) və Əsgər Heydərli (III yer) fərqləniblər.

60 yaş və daha böyük yaş qrupunda isə Səxavət Heydərov I, Tahir Xudiyev II, Əhməd Həyyatov III yerə layiq görülüblər.

Qaliblərə Stolüstü Tennis Federasiyasının mükafatları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti