Bakı. Trend:
Taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.
Trend-in məlumatına görə, Rusiyanın Kazan şəhərində keçirilən yarışda 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev finalda qalib gələrək, qızıl medala sahib olub.
Bu İsayevin karyerasında Avropa çempionatında ikinci qələbəsidir. İlk dəfə o, 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib.