...

Avropa çempionatında yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

İdman Materials 18 May 2018 11:22 (UTC +04:00)
Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
Avropa çempionatında yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

Bakı. Trend:

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışır.

48 kq
1/8 final - Nihad Quluzadə - Seyfullah Kılıç (Türkiyə)

55 kq
1/8 final - Murad Abbasov - Diego Çxikvadze (Gürcüstan)

65 kq
1/8 final - Ruslan Hədisov - G.Horvat (Macarıstan) / A.Kavalevski (Belarus)

80 kq
1/16 final - Eldar Məmmədov - David Hernandes (İspaniya)

110 kq
1/8 final - Sərxan Məmmədov - Nikolas Ntounias (Yunanıstan)

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti