...

Boksçularımız mundial və Olimpiadanın hazırlığına başlayıb

İdman Materials 23 May 2018 12:26 (UTC +04:00)

Bakı. Trend:

Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Avropa birinciliyindən sonra istirahətdə olan komandamız Sumqayıtda bir araya gəlib.

Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında baş tutan toplanışda 15 boksçu iştirak edir. Hazırlığın ilk mərhələsi iyunun 5-dək davam edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda əsasən fiziki məşqlərə üstünlük verilir.

Bununla da avqustda Macarıstanda keçiriləcək dünya birinciliyi və oktyabrda Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının hazırlığı başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti