...

Millimiz Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb (VİDEO)

İdman Materials 29 May 2018 22:04 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandası Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb.
Millimiz Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb (VİDEO)

Bakı. Trend:

Futbol üzrə Azərbaycan milli komandası Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb.

Trend-in məlumatına görə, oyun UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində keçirilib və yoldaşlıq xarakteri daşıyıb.

Bakı Olimpiya Stadionunda baş tutan görüşdə hesabı 17-ci dəqiqədə millimizin kapitanı Maksim Medvedev açıb. 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib - 2:0.

Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə müdafiəçi Ürfan Abbasov qoyub.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti