Bakı. Trend:
Rusiya Federasiyasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıb. Güləşçilərimiz turniri 1 bürünc medalla başa vurub.
60 kq çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü Zaur Nuriyev fəxri kürsüdə yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.