...

İdmançımız ciu-citsu üzrə Avropa çempionatının qalibi olub (FOTO)

İdman Materials 4 İyun 2018 14:48 (UTC +04:00)
Azərbaycan idmançıları iyunun 1-3-ü tarixlərində Polşanın Qlivitse şəhərində keçirilən ciu-citsu üzrə Avropa çempionatında uğurla çıxış ediblər.
İdmançımız ciu-citsu üzrə Avropa çempionatının qalibi olub (FOTO)

Bakı. Trend:

Azərbaycan idmançıları iyunun 1-3-ü tarixlərində Polşanın Qlivitse şəhərində keçirilən ciu-citsu üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

Azərbaycan Ciu-citsu Federasiyasından Trend-ə verilən məlumata görə, Vüqar Cəfərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala yiyələnib. Elşən İbişov isə finaldaməğlub olaraq gümüş medala layiq görülüb.

Ruslan Seyidov isə əlindən zədə aldığı üçün yarışı yarımçıq bitirmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti